ISO 10002 - Müştəri Məmnuniyyəti İdarəetmə sistemi
ISO 10002 Sertifikatı nədir?
ISO 10002 standartı təşkilatlarda müştəri şikayətlərinin effektiv şəkildə idarə olunması və müştəri məmnuniyyətinin artırılması üçün hazırlanmış beynəlxalq standartdır. Bu standart müəssisələrə müştərilərdən daxil olan şikayətlərin qəbul edilməsi, araşdırılması və həlli üçün sistemli və şəffaf mexanizm qurmağa kömək edir.
ISO 10002 sertifikatına malik olan təşkilatlar müştərilərlə münasibətlərin düzgün idarə olunmasına, şikayətlərin obyektiv şəkildə araşdırılmasına və xidmət keyfiyyətinin davamlı şəkildə təkmilləşdirilməsinə xüsusi diqqət yetirdiklərini nümayiş etdirirlər. Bu standart təşkilatın müştəri yönümlü fəaliyyətinin inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
ISO 10002 Sertifikatı niyə vacibdir?
Müasir biznes mühitində müştəri məmnuniyyəti təşkilatların uğurunun əsas göstəricilərindən biridir. Müştərilərin şikayət və təkliflərinin düzgün idarə olunması şirkətlərə xidmət və məhsullarını təkmilləşdirməyə imkan yaradır.
ISO 10002 Müştəri Şikayətlərinin İdarə Edilməsi Sistemi təşkilatlara müştəri müraciətlərinə operativ və effektiv reaksiya verməyə, müştərilərlə daha etibarlı münasibətlər qurmağa və onların etimadını qazanmağa kömək edir. Bu standartın tətbiqi şirkətlərin xidmət keyfiyyətinin artırılmasına və müştəri loyallığının gücləndirilməsinə mühüm töhfə verir.
ISO 10002 Sertifikatının üstünlükləri
ISO 10002 standartının tətbiqi təşkilatlara aşağıdakı üstünlükləri qazandırır:
-
Müştəri şikayətlərinin sistemli şəkildə idarə olunmasını təmin edir
-
Müştəri məmnuniyyətinin artırılmasına kömək edir
-
Müştəri ilə əlaqələrin inkişafına və etibarın artmasına şərait yaradır
-
Xidmət və məhsulların keyfiyyətinin təkmilləşdirilməsinə imkan yaradır
-
Şikayətlərdən əldə edilən məlumatların analizinə imkan verir
-
Təşkilatın imicini və reputasiyasını gücləndirir
-
Müştəri loyallığını artırır
-
Rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edir
ISO 10002 Sertifikatını kimlər almalıdır?
Fəaliyyət sahəsindən asılı olmayaraq müştərilərlə işləyən bütün təşkilatlar və müəssisələr ISO 10002 standartlarını tətbiq edə bilərlər.
ISO 10002 sertifikatının tətbiqi şirkətlərə müştərilərlə münasibətlərin daha effektiv idarə olunmasına, şikayətlərin operativ şəkildə həllinə və müştəri məmnuniyyətinin artırılmasına kömək edir. Bu isə təşkilatın nüfuzunun və etibarlılığının artmasına səbəb olur.
