Daşınmaz Əmlakın Qiymətləndirilməsi
Daşınmaz Əmlakın Qiymətləndirilməsi niyə lazımdır?
Daşınmaz əmlakın qiymətləndirilməsi əmlakın real bazar dəyərinin peşəkar və obyektiv şəkildə müəyyən edilməsi prosesidir. Bu xidmət alqı-satqı əməliyyatları, bank kreditlərinin təminatı, nizamnamə kapitalına əmlak qoyuluşu, sığorta və vergi məqsədləri, eləcə də məhkəmə və hüquqi mübahisələr zamanı düzgün və əsaslandırılmış qərarların qəbul edilməsi üçün vacibdir. Qiymətləndirmə prosesi əmlakın bazardakı mövqeyini, iqtisadi dəyərini və potensial risklərini müəyyən etməyə kömək edir.
Aşağıdakı daşınmaz əmlak obyektlərinin bazar dəyərinin müəyyən edilməsi:
- Mənzillər və fərdi yaşayış evləri
- Torpaq sahələri
- Ticarət obyektləri və mağazalar
- Anbar və logistika kompleksləri
- İstehsalat və sənaye obyektləri
Qiymətləndirmə məqsədləri:
- Alqı-satqı əməliyyatları
- Bank kreditlərinin təminatı
- Nizamnamə kapitalına əmlak qoyuluşu
- Sığorta məqsədləri
- Vergi və mühasibat uçotu məqsədləri
- Məhkəmə və hüquqi mübahisələr
