Audit xidməti
"General Consulting Co." MMC müəssisələrə beynəlxalq audit standartlarına uyğun peşəkar audit xidmətləri təqdim edir. Məqsədimiz şirkətlərin maliyyə fəaliyyətinin şəffaflığını təmin etmək, riskləri müəyyən etmək və idarəetmə proseslərinin daha effektiv qurulmasına dəstək göstərməkdir.
Təcrübəli auditorlarımız tərəfindən həyata keçirilən audit yoxlamaları müəssisələrin maliyyə hesabatlarının etibarlılığını artırmağa və biznes fəaliyyətinin daha səmərəli təşkilinə kömək edir.
Təqdim etdiyimiz audit xidmətləri
-
Məcburi (icbari) audit
-
Təsərrüfat fəaliyyətinin auditi
-
Uyğunluq auditi
-
Maliyyə hesabatlarının auditi
-
Xüsusi audit
-
Əməliyyat auditi
Audit xidmətlərimiz müəssisələrin şəffaf maliyyə idarəetməsi, risklərin azaldılması və davamlı inkişafı üçün etibarlı dəstək təmin edir.
